BU SƏHİFƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ MALİYYƏ YARDIMI İLƏ HƏYATA KEÇİRİLMİŞ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ HAZIRLANMIŞDIR
 

2018-12-26
.

“Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda Kiçik və orta sahibkarların biznesin idarə olunması vərdişlərinin artırılması, Biznes-planların hazırlanması ilə bağlı tövsiyələrin nəşr edilməsi və internet səhifəsinin yaradılması” layihəsi uğurla həyata keçirildi.

 
 

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi 2007-ci ildə bir qrup mütəxəssis tərəfindən yaradılmışdır. Təşkilatın təsisçiləri Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən çoxlu sayda yerli və xarici iş adamları ilə geniş əməkdaşlıq təcrübəsinə malikdir. İctimai fəaliyyətə başladığı vaxtdan bu günədək Birliyin üzvləri yerli sahibkarlara biznes-planların hazırlanması, yerli və xarici maliyyə institutları ilə iş birliyi qurulması, yeni biznesin yaradılması, mövcud biznesin inkişaf etdirilməsi və s. sahələrdə təmənnasız məsləhət xidmətləri göstərmişdir.

“Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin fəaliyyətinin əsas məqsədi üzvlərinin hüquq və maraqlarının müdafiəsinə və Azərbaycanda fəaliyyət göstərən Kiçik və Orta sahibkarlığın inkişafına yardım göstərməkdən ibarətdir.

Birlik qarşıya qoyulan məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • kiçik və orta müəssisələrin rəhbərlərinin və işçilərinin idarətəetmə sahəsində biliklərinin artırılmasına yardım göstərmək;
  • Azərbaycanın müxtəlif bazarları haqqında məlumat bazası yaratmaq, bu məqsədlə bazar araşdırmaları və tədqiqatları keçirmək;
  • kiçik və orta müəssisələrin rəhbərlərinin təcrübələrinin artırılması məqsədi ilə onların xarici ölkələrə təcrübə mübadiləsinə göndərilməsinə çalışmaq;
  • birlik üzvlərinin insan resurslarının inkişafı məqsədi ilə müxtəlif sahələri təmsil edən ixtisaslı kadrların məlumat bazasını yaratmaq;
  • kiçik və orta müəssisələrdə istehsalın və xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə biznesin müxtəlif sahələri üzrə məşğələlər keçirmək, maarifçilik işi aparmaq, seminarlar, dəyirmi masalar təşkil etmək;
  • kommersiya və biznes fəaliyyəti ilə bağlı qanunvericilik barəsində Birlik üzvlərinə məlumat vermək, onlara texniki və hüquqi sahələrdə yardım göstərmək;
  • birlik üzvlərinin mal çeşidinin genişləndirilməsinə köməklik məqsədi ilə onları yerli istehsalçıların və idxalçıların yeni malları barədə məlumatlandırmaq;
  • yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün bu sahədə çalışan digər yerli və xarici təşkilatlarla əməkdaşlıq etmək.

 
   
az en